Kavani İtaliya A Seriyası yolunda

İtaliyanın "İnter" klubu hücum xəttini gücləndirmək niyyətindədir.

Sportline.az xəbər verir ki, Lautaro Martinesin klubdan ayrılması komandanın transfer siyasətini dəyişdirə bilər.

Məlumata görə, baş məşqçi Antonio Konte argentinalı hücumçu komandadan getsə, PSJ-dən Edinson Kavanini, “Napoli”dən Dris Mertensi və “Barselona”nın yarımmüdafiəçisi Arturo Vidalı heyətində görmək istəyir. Rəhbərlik yayda azad agent olacaq Kavani və Mertensi əldən buraxmaq istəmir.

Qeyd edək ki, İspaniya mətbuatı “Barselona”nın Martineslə anlaşdığını iddia edir.