Kazemiro bu oyunu buraxacaq

Kazemiro Braziliyanın heyətində Venesuela ilə görüşdə zədələnib.

Sportline.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi zədəsi daha tez sağalsın deyə elə Braziliyada müalicə alır. 

"Mançester Yunayted"in futbolçusu gələn həftə klubla məşqlərə qatılacaq. Bu səbəbdən, o, oktyabrın 21-də keçiriləcək "Şeffild"lə oyunda komandasına kömək edə bilməyəcək. Hətta ulduz futbolçu cəzalı olduğu üçün Çempionlar Liqasında "Kopenhagen"lə oyunda da olmayacaq.