Keçmiş futbolçudan maraqlı açıqlama
"Mançester Siti" "Nyukasıl Yunayted" və "Rencers" klublarının keçmiş futblçusu Coi Barton qadınların futboldan anlamadığını deyib.
Sportline.az Sporx.com.tr-yə istinadla xəbər verir ki, Bartonnun kişi və qadın futbolu haqqında açıqlması gündəmə düşüb.
Keçmiş futbolçu qəzəblənərək "Kişilərlə qadınların futbol anlayışı fərqlidir. Qadın futbolunun inkişafı sevindiricidir amma, bu oyun kişilər üçündür. Futbola olan marağın ölməsinə səbəb olmayın",-deyib.
Qeyd edək ki, Coi Barton 2021-ci ildən İngiltərənin 1-ci liqasında çıxış edən "Bristol Rovers" klubunu çalışdırır.