"Kəpəz" ev oyununu Bakıda keçirəcək
"Kəpəz" Premyer Liqanın 28-ci turda "Qarabağ"a qarşı oyunu Bakıda olacaq.
Sportline.az xəbər verir ki, iki klub arasında əldə oluna razılığa görə, görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
"Kəpəz" bu matça ev sahibi qismində çıxacaq.
Qeyd edək ki, "Kəpəz" çempionatın ikinci yarısının ev oyunlarını Qəbələdə keçirirdi.
Lakin "Qəbələ" rəhbərliyi ot örtüyü yükləndiyi üçün "sarı-göylər"in növbəti matçlarını burada oynamasına razılıq verməyib.