Legioneri "Kəpəz"dən ayrıldı
"Kəpəz" futbolçusu Luis Paçu ilə vidalaşıb.
Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı forvardın müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Ötən mövsüm “Kəpəz”də 29 oyuna çıxan 30 yaşlı futbolçu 5 qola imza atıb.