Kərim Benzema İngiltərə klubunun təklifini qəbul etməyib

Fransalı ulduz futbolçu Kərim Benzema İngiltərə klubunun təklifini qəbul etməyib. 

Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, 36 yaşlı hücumçu "Əl-İttihad" klubundan ayırlmaq istədiyini bildirdikdən sonra "Mançester Yunayted" klubu futbolçu üçün təklif göndərib. 

Kərim Benzema "qırmızı şeytanlar"dan gələn təklifi geri çevirib və Fransa klublrında çıxış etmək istədiyini deyib.

Qeyd edək ki, Kərim Benzemanın karyerasını "Lion" klubunda davam etdirmək istədiyi bildirilib.