Kərim Benzemadan şok açıqlama

"Əl-İttihad" klubunda çıxış edən fransalı ulduz futbolçu şok açıqlama ilə diqqət mərkəzinə düşüb.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki,Səudiyyə Ərəbistanı klubundan ayrılmaq istəyən Kərim Benzema açıqlamasında :"Bura mənlik deyil. "Əl-İtihad" yaxşı komanda olsa da Ərəbistanda futbol yoxdur. Açıq danışacam ilk başda pulu seçdiyim üçün buraya gəldim. İndi isə peşmanam",-deyib. 

Qeyd edək ki, Kərim Benzema Avropa klublarından birinə trasnfer olmaq istədiyini bildirib.