Rusiyalı baş məşqçinin "Sabah"a gəlişi alınmayıb

"Sabah" klubu baş məşqçi axtarışlarını davam etdirir.

Sportline.az xəbər verir ki, bu posta namizədlərdən biri də tanınmış rusiyalı Aleksandr Kerjakov olub.

"Legalbet"in yaydığı məlumata görə, paytaxt təmsilçisi sözügedən mütəxəssislə bağlı təklifi müsbət qarşılaşamayıb.

Kerjakovun son iş yeri Subotitsa "Spartak"ı olub.

Xatırladaq ki, "Sabah" fevralın 1-də Murad Musayevlə yolları ayırmışdı.