Keyn daha bir ilkin müəllifi olub

Uefa Çempionlar Liqasının “Liqa mərhələsi”nin 1-ci turunda keçirilən “Bavariya”-Dinamo Zaqreb” matçı daha bir rekordla yadda qalıb.

Sportline.az “Bild” nəşrinə istinadən  xəbər verir ki, “Bavariya”nın ulduzu Harri Keyn avrokuboklarda ən çox qol vuran ingilis futbolçu olub.

31 yaşlı hüçumçu “Mançester Yunayted” və İngiltərə millisinin sabiq oyunçusu Ueyn Runini qabaqlayaraq bu uğura nail olub.

Harri Keyn – 33 qol
Ueyn Runi – 30 qol
Rahim Sterlinq – 27 qol