Klyuvertdən fantastik göstərici
"Bornmut"un futbolçusu Castin Klyuvert fantastik göstəriciyə imza atıb.
Sportline.az xəbər verir ki, o, buna İngiltərə çempionatında "Şeffild Yunayted"ə qol vurduqdan sonra nail olub.
Belə ki, Castin 21-ci əsrdə Avropanın ən yaxşı 5 liqasının hər birində - Premyer Liqa, La Liqa, Seriya A, Liqa 1 və Bundesliqada qol vuran ikinci oyunçu olub. Ondan əvvəl bu uğura Stefan Yovetiç nail olmuşdu.
Klyuvert "Bornmut"a qədər “Roma”, “Leypsiq”, “Nitsa” və “Valensiya”da çıxış edib.