Komanda yoldaşı Haalandı təriflədi

"Mançester Siti"nin hücumçusu Julian Alvarez koamnda yoldaşı Erlinq Haalanddan danışıb.

Sportline.az "Siti"nin mətbuat xidmətinə istinadla xəbər verir ki, Alvarez Haalandla oynamaqdan zövq aldığını bildirib.

"Haaland və mənim birlikdə oynaya biləcəyimiz barədə çox danışıldı. Bunu etməyə qadir olduğumuzu sübut etdik və keçən mövsüm də belə idi. Hər dəfə eyni vaxtda meydanda olanda qol vurur, assist edirik. İnanılmaz zirvələrə çatan Erlinq üçün şadam”, - deyə Alvares bildirib.

Qeyd edək ki, norveçli forvard cari mövsüm İngiltərə çempionatında 10 oyunda 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.