Komandamızın oyunlarının təqvimi açıqlandı

2020-ci ildə Litvada təşkil olunacaq futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandasının keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

Sportline.az xəbər verir ki, bütün matçlar Bakı İdman Sarayında oynanılacaq.

Yığmamızın qrupunun təqvimi:

23 oktyabr

17:00. Slovakiya – Monteneqro

20:00. Azərbaycan – Moldova

24 oktyabr

17:00. Moldova – Slovakiya

20:00. Azərbaycan – Monteneqro

26 oktyabr

17:00. Monteneqro – Moldova

20:00. Slovakiya – Azərbaycan