Konqolu futbolçu siyasi paylaşım etdiyinə görə komandadan göndərilib
Konqolo futbolçu siyasi paylaşım etdiyi üçün Ruanda klubundan göndərilib.
Sportline.az xəbər verir ki, 31 yaşlı cinah hücumçusu Heritier Luvumbu çıxış etdiyi "Rayon Sports" klubundan uzaqlaşdırlıb.
Buna səbəb "Polisi" klubu ilə görüşdə qol vurduqdan sonra futbolçunun əli ilə ağzını bağlaması və hədəf alması siyasi mesaj olaraq qəbul edilib.
Qeyd edək ki, Ruanda klubu isə bu məsələ ilə bağlı daha öncə futbolçuya 6 aylıq meydandan kənar qalma cəzası vermişdi.