"Konyaspor" klubu baş məşqçi ilə bağlı qərarını verib

Super Liqa komandalarından "Konyaspor" baş məşqçi Ali Çamdalı ilə yola davam edəcəklərini açıqlayıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun prezidenti Ömer Korkmaz məlumat verib.

Qeyd edək ki, Ali Çamdalının Liqanın 35-ci həftəsində təhvil aldığı "Konyaspor" mövsümü 41 xalla 16-cı pillədə tamamlayaraq elitadakı yerini qoruyub.