"Kopenhagen" "Dortmund"dan futbolçu alıb

Ötən mövsümü Fransanın "Nitsa" klunbunda keçirən Youssofa Moukoko karyerasını "Kobenhagen"də davam etdirəcək.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano öz "X" hesabında paylaşım edib.

Futbolçu müqavilə əsasında Almaniyanın "Borussiya Dortmund" klubuna məxsusudur.

Bu keçid üçün "Kobenhagen" qarşı tərəfə 5 milyon avro ödəyəcək.

Qeyd edək ki, 20 yaşlı forvard bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 22 matçda 2 qol 3 asistlə yadda qalıb.