Koronavirus daha bir oyunu vurdu

İtaliya A Seriyasının 26-cı turunun daha bir oyunu təxirə salınıb.

Sportline.az xəbər verir ki, bu gün Bakı vaxtı ilə 23:45-də keçirilməsi planlaşdırılan "Sampdoriya" - "Verona" matçı baş tutmayacaq.

Görüş koronavirus epidemiyasına görə təxirə salınıb. Qarşılaşma mayın 13-də keçiriləcək.