Kuarejmadan maraqlı açıqlama

Portuqaliya millisinin sabiq forvardı Rikardu Kuarejma maraqlı açıqlama ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, o, "Barselona"da potensialını tam ortaya qoya bilməməsindən heyfsləndiyini bildirib.

"Portu" böyük klubdur. Amma, "Barselona"da oynamaq hər bir futbolçunun arzusudur. Mən buna nail olsam da, potensialımı tam aça bilmədim. "Portu"dakı kimi oynaya bilsəydim, yəqin ki, dünyanın ən yaxı futbolçuları sırasında olacaqdım", - deyə 40 yaşlı futbolçu təəssüfünü gizlətməyib.

Qeyd edək ki, Kuarejma 2003-2004-cü illərdə "Barselona"nın formasını geyinmişdi.