Kulusevskidən Postekoqluya tərif yağdı

"Tottenhem"in futbolçusu Deyan Kulusevski baş məşqçisi Angelos Postecoqlunu tərifləyib.

Sportline.az xəbər verir ki, bu barədə hücumçu məşhur insayder Fabrizio Romanoya danışıb.

“Anqelosun rəhbərliyi altında məşq maraqlıdır. Biz topla çox işləyirik, çox təzyiq göstəririk. O, əla məşqçidir. Biz ondan öyrənirik, onun işini çox bəyənirik”, – deyə Kulusevski bildirib.

Qeyd edək ki, Postekoqlunun rəhbərliyi altında "Tottenhem" cari mövsüm bütün turnirlərdə 11 oyun keçirib, 8 qələbə qazanıb, 2 heç-heçə edib, 1 dəfə isə məğlub olub.