Kurtua keçmiş komanda yoldaşı haqqında maraqlı açıqlamalar verib

"Real Madrid"in belçikalı qapıçısı Tibo Kurtua keçmiş komanda yoldaşı Keylor Navas barədə danışıb.

Sportline.az ESPN nəşrinə istinadla xəbər verir ki, Kurtua 2018-ci ildə Keylor Navasla yaşadığı münaqişə haqqında fikirlərini bölüşüb.

""Real Madrid"ə gəldiyim zaman fərqinə vardım ki, Keylor Navas mənim heyətdə onun yerini zəbt etdiyimi düşünür. Zidan ilə danışdım və ona dedim ki, Navas məni heyyətdə görmək istəmir. Zidan isə mənə qapıçı kimi sənə güvənirəm dedi".

Qeyd edək ki, 2018-ci ildən "Kral klubu"ndan çıxış edən Kurtua meydana çıxdığı 241 görüşdə 221 qol buraxarkən 100 oyunda qapısını toxunulmaz saxlayıb. Onun komanda ilə 2026-cı ilə qədər müqaviləsi var.