Kvarasxeliya ÇL-in ən yaxşısıdır

"Napoli" klubunun futbolçusu Xviça Kvarasxeliya UEFA Çempionlar Liqasının cari mövsümünün ən uğurlu driblinq edən futbolçusudur.

Sportline.az xəbər verir ki, gürcü yarımmüdafiəçi 46 driblini uğurla yerinə yetirib.

Bu göstəricidə ikinci yeri 44 driblinqlə PSJ-nin hücumçusu Kilian Mbappe tutur.

Ilk üçlüyü "Milan"ın portuqaliyalı yarımmüdafiəçisi Rafael Leau qapayır.

Onun aktivində 36 driblinq var.