Kvaratsxeliya: “Leo Messi “Qızıl top”a layiqdir”

"Napoli"nin ulduzu Xviça Kvaratsxeliya Lionel Messidən danışıb.

Sportline.az ESPN-ə istinadla xəbər verir ki, gürcüstanlı hücumçu "İnter Mayami"nin hücumçusunun "Qızıl top"u qazanmaq şanslarından danışıb.

"Leo Messi "Qızıl top"a layiqdir. O, dünya çempionatını qazandı və onun etdiklərini təsvir etmək üçün sözüm yoxdur”, - deyə Kvara bildirib.

Qeyd edək ki, "Qızıl top" mərasimi bu dəqiqələrdə davam edir.