"Kvaratsxeliyanı yeni Messi və ya Ronaldo kimi görmürəm"
"Spartak"ın keçmiş prezidenti Leonid Fedunun müşaviri Franko Kamozzi Xviça Kvaratsxeliyadan danışıb.
Sportline.az "ODDS.ru"ya istinadla xəbər verir ki, o, Xviçanın yeni Ronaldo və Messi kimi görmür.
“Xviça çox yaxşı oyunçudur. Düşünmürəm ki, "Ballon d'Or"a namizəd olduqdan sonra "ulduz" xəstəliyindən əziyyət çəkəcək və ya bir növ inadkar oyunçu olacaq. Mən onu yeni Messi və ya Ronaldo kimi görmürəm, lakin Xviça çox maraqlı futbolçudur”, - deyə Kamozzi bildirib.