La Liqada avqust ayının ən yaxşı məşqçisi bilinib

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik La Liqada avqust ayının ən yaxşı məşqçisi seçilib.

Sportline.az xəbər verir ki, bu barədə Marca nəşri məlumat yayıb.

Kataloniya klubunun baş məşqçisi mükafat uğrunda mübarizədə Luis Qarsiya ("Alaves") və Marselinonu ("Vilyarreal") qabaqlayıb.

Qeyd edək ki, "Barselona" avqustda La Liqa keçirdiyi dörd oyununun hamısında qalib gəlib. (13:3 hesablı top fərqi ilə).Onlar yarış cədvəlinə başçılıq edirlər.