La Liqada avqust ayının ən yaxşı oyunçusu bilinib

"Barselona"nın hücumçusu Rafinya La Liqada avqust ayının ən yaxşı oyunçusu olub.

Sportline.az xəbər verir ki, bu barədə yerli Marca nəşri məlumat yayıb.

Kataloniyalılar mövsümə ardıcıl 4 qələbə ilə start veriblər, braziliyalı oyunçu isə bu görüşlərdə 3 qol və 2 məhsuldar ötürmə ilə çıxış edib.

Rafinya bu mükafatı İspaniyada ilk dəfə olaraq qazanıb.

Xatırladaq ki, La Liqada avqust ayının ən yaxşı baş məşqçisi "Barselona"nın çalışdırıcısı Hans Diter-Flik seçilib.