La Liqanın prezidenti istefa verdi

La Liqanın rəhbəri Xavyer Tebas istefa verib.

Sportline.az xəbər verir ki, bu barədə Tebas X sosial şəbəkəsində məlumat verib.

“Bir neçə dəqiqə əvvəl mən prezident kimi istefa ərizəmi təqdim etdim. Yeni seçkilər olacaq. Özümü təmsil edəcəyim yeni seçki prosesi açılacaq, ona görə də qarşımızda duran problemlərin həlli üçün klubların razılığını və etimadını istəyəcəyəm”, – deyə Tebas X sosial şəbəkəsində yazıb.

61 yaşlı ispaniyalı liqaya 2013-cü ildən başçılıq edir.