Lakazett “Lion”dan ayrılmağa hazırlaşır
“Lion”un fransalı futbolçusu Aleksander Lakazett mövsümün sonunda klubdan ayrılacaq.
Sportline.az xəbər verir ki, bu haqda “L’Equipe” nəşri məlumat yayıb.
33 yaşlı forvad “Lion”dan azad agent kimi ayrılacaq.
Qeyd edək ki, Lakazett bu mövsüm 33 rəsmi matçda iştirak edib. Aktivində 13 qol və 2 asist var.