Lamin Yamal AVRO 2024-ün final oyununda daha bir rekorda imza ata bilər

2024-cü il Avropa Futbol Çempionatının (AVRO 2024) finalında İspaniyanın gənc ulduz Lamin Yamal yeni bir rekord müəyyənləşdirə bilər.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 17 yaşından bir gün sonra final matçına çıxacaq Yamal çempionat tarixində finalda oynayan ən gənc futbolçu kimi tarixə düşəcək. 

13 iyul 2007-ci il təvəllüdlü Yamal sabah İngiltərəyə qarşı oynayacağı təqdirdə,  AVRO-2016-nın finalında Portuqaliya yığması ilə Fransaya qarşı oynayan Renato Sançezin 18 yaş 328 günlük rekordunu qıracaq.

Qeyd edək ki, Berlində keçiriləcək İspaniya-İngiltərə final matçı sabah saat 23:00-da başlanacaq.