Lamin Yamal kumirini açıqladı

“Barselona”nın  16 yaşlı gənc futbolçusu Lionel Messinin izindən getmək istədiyini bildirib.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, sağ cinah hücumçusu Lionel Messinin uğurlarını davam etdirəcəyinə söz verib.

Əslən ispaniyalı olan Yamal “Barselona”da çıxış etdiyi üçün özü ilə qürur duyduğunu deyib.

Qeyd edək ki,Lamin Yamal  bu mövsüm “Barselona” forması ilə çıxdığı 20 oyunda 1 qol 3 asistlə yadda qalıb.