Lamin Yamaldan maraqlı etiraf

"Barselona"nın gənc futbolçusu Lamin Yamal maraqlı açıqlama ilə diqqət çəkib.

Sportline.az xəbər verir ki, o, "Marca"ya müsahibəsində oyunun gedişində çətinliklərlə üzləşməyi sevdiyini bildirib.

"Rahatlaşmağı xoşlamıram. Meydanda çətinlikləri sevirəm. Qarşılaşmanın asan alınmağındansa meydana çıxmamağı daha üstün tutardım", - deyə 17 yaşlı hücumçu maraqlı mövqe sərgiləyib.

Qeyd edək ki, Transfermarkt portalında Yamalın dəyəri 120 milyon avro kimi göstərilir.