“Lankaran Open” festivalının açılış mərasimi keçirilib
Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşəbbüsü ilə keçirilən "Chess Tour Azerbaijan" layihəsi çərçivəsində təşkil olunan “Lankaran Open” festivalının açılış mərasimi keçirilib.
Bu barədə Sportline.az-a AŞF-nin mətbuat xidmətindən məlumat verilib.
Turnirdə 4 ölkə təmsil olunur. A qrupunda 38, B qrupunda isə 140 şahmatçı çıxış edir.
Qeyd edək ki, "Lankaran Open" İsveçrə sistemi üzrə doqquz turda keçiriləcək və iyulun 13-də başa çatacaq. Festival çərçivəsində rapid və blits turniri də təşkil olunacaq.