Laporta dilə gəldi

"Barselona"nın prezidenti Joan Laporta "üsyan edib".

Sportline.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, funksionerin fikrincə kataloniyalıları bilərəkdən nüfuzdan salırlar.

“Bizə çox pis bir miras qalmışdı, ona görə çox əziyyət çəkirik. Biz hücumlara məruz qalırıq. "Barsa"nın bir klubdan daha böyük olması kimlərinsə xoşuna gəlmir. Onlar başqa bir möhtəşəm eradan qorxurlar”, - deyə Laporta "Mundo Deportivo"ya danışıb.

Qeyd edək ki, "Barselona" La Liqada 21 xalla 3-cü pillədə qərarlaşıb.