Lautaro Martinez “İnter”in tarixinə düşüb

“Lecce” ilə oyunda dubla imza atan Lautaro Martinez “İnter” klubunun tarixinə düşüb.

Sportline.az xəbər verir ki,Lautaro “İnter” forması altında Seria A-da 100 qol həddinə çatan 3-cü oyunçu olub.Buna qədər bu uğura İştvan Nerş (133) və Mauro İkardi (111) nail olub.

İnterin kapitanı eyni zamanda  Seria A-da 100 qol vuran 7-ci argentinalı futbolçu olub.Qabriel Batistuta,Hernan Krespo,Qonzalo İquain,Mauro İkardi,Abel Balbo və Paulo Dibaladan sonra Lautaro siyahının yeddinci pilləsinə adını yazdırıb.

Qeyd edək ki, "İnter" klubu hazırda İtaliya A seriyasında 66 xalla turnir cədvəlinin vahid lideridir.