Leonardo Bonucci azarkeşləri məyus edib

Leonardo Bonucci azarkeşləri məyus edib.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, italiyalı ulduz futbolçu "Fənərbağça" klubunda istədiyi nəticəni əldə etmədiyi üçün yeni komanda axtarışlarına başlayıb. 

Mövsüm sonunda "sarı lacivərtlər"lə müqaviləsi başa çatan Leonardo Bonucci karyerasını İtaliya və ya Amerika klublarından birində davam etdirmək istədiyini deyib. 

Qeyd edək ki, "Fənərbağça" azarkeşləri futbolçunun bu hərəkətindən sonra təzyiq göstərməyə başlayıblar.