"Leqanes" kot-d'ivuarlı hücumçunun transferini rəsmləşdirib

"Leqanes" klubunun mətbuat xidməti "Borussiya" Dortmunddan Sebastian Allenin icarə əsasındə heyətə qatıldığını açıqlayıb.

Sportline.az xəbər verir ki, 30 yaşlı futbolçu bu mövsümün sonunadək İspaniya klubunda çıxış edəcək.

Alle ötən mövsüm "Borussiya"nın heyətində 19 oyunda 3 qol vurub, 1 asist edib.

Qeyd edək ki, "Leqanes" La Liqada 4 turdan sonra 9-cu pillədə qərarlaşıb.