Leroy Sane baş məşqçidən şikayət edib

Ötən gecə keçirilən "Bavariya" - "Union" matçının 74-cü dəqiqəsində gözlənilməz hadisə yaşanıb. 

Sportline.az Sabah.com.tr-yə istinadla xəbər verir ki, "Union" klubunun baş məşqçisi Nenad Byelika yan xətt atışı üçün topu götürməyə çalışan təcrübəli Leroy Saneyə şillə vurub. 

Matçın 74-cü dəqiqəsində yaşanan hadisədən sonra baş məşqçi qırmızı Leroy Sane isə sarı vərəqə ilə cəzalandırılıb.

28 yaşlı cinah hücumçusu Nenad Byelikanın bu hərəkətindən sonra UEFA-ya şikayət məktubu göndərib. 

Qeyd edək ki, UEFA təcrübəli mütəxəssisin bu hərəkətinin cəzası qalmayacağını bildirib.