"Lester Siti" klubu "İnter"in futbolçusu ilə razılaşıb
"Lester Siti" klubu İtaliya A seriyasında "İnter"də çıxış edən 28 yaşlı yarımmüdafiəçi ilə şəxsi razılıq əldə edib.
Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, İngiltərə klubu Stefano Sensini transfer etmək üçün ən azı bir futbolçusu ilə yolları ayrımaq məcburiyyətindədir.
Stefano Sensinin meneceri Enzo Maresko futbolçun İngiltərə klubuna keçmək istədiyini bildirib.
Qeyd edək ki, italiyalı yarımmüdafiəçi bu mövsüm "İnter" forması ilə cəmi 4 oyunda meydana çıxıb.