“Lids Yunayted” kosovalı futbolçu üçün 7 milyon avro təklif etdi
"Lids Yunayted" klubu kosovalı futbolçu üçün 7 milyon avro təklif edib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Çempionşipdə mübarizə aparan komanda Milot Raşitsanı heyətinə qatmaq istəyir.
"Beşiktaş" rəsmiləri isə futbolçunun satılmayacağını bildiriblər.
Qeyd edək ki, Milot Raşitsa daha öncə icarə əsasınsa "Qalatasaray" klubunun şərəfini qorumuşdu.