“Linkoln” - "Qarabağ" cütünün qalibi bu komandalardan biri ilə qarşılaşacaq

“Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

Sportline.az xəbər verir ki, Ağdam təmsilçisi 1-ci mərhələdə Cəbəllütariqin “Linkoln” klubunu mübarizədən kənarlaşdırsa, ikinci turda aşağıdakı 3 cütdən birinin qalibi ilə qarşılaşacaq:

“Jalgiris” (Litva) / “Struqa” (Şimali Makedoniya) cütünün qalibi

“Rakov” (Polşa) / “Flora”(Estoniya) cütünün qalibi

“Olimpiya” (Sloveniya) / “Valmiera” (Latviya) cütünün qalibi

ÇL-də ikinci mərhələnin püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. Tədbir UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək.