"Linkoln" - "Qarabağ" oyunu yubileylərlə əlamətdar olub

"Qarabağ"ın Cəbəllütariqdə "Linkoln"u 1:2 hesabı ilə məğlub etdiyi UEFA Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsinin ilk oyunu yubileylərlə əlamətdar olub.

Sportline.az xəbər verir ki, bu Azərbaycan təmsilçilərinin avrokuboklarda 125-ci qalibiyyəti kimi tarixə düşüb.

"Köhlən atlar" qitənin bir nömrəli klub turnirində 20-ci qələbəsini qazanıb.

Ölkə çempionunda sonuncu qolun müəllifi olan Yassin Benziya ÇL-də Azərbaycan klublarının 100-cü qoluna imza atıb. 29 yaşlı yarımmüdafiəçi həm də "Qarabağ"ın həmin turnirdə 60-cı qolunu vurub.

Qeyd edək ki, komandalar arasındakı cavab qarşılaşması iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək.