"Lion"da 2 aylıq dövr
Bərbad çıxışı ilə diqqət çəkən "Lion" yeni baş məşqçisi ilə vidalaşır.
Sportline.az "L'Equipe"ə istinadla xəbər verir ki, klubun çalışdırıcısı Fabio Qrosso ilə bağlı qərar bu gün səhər saatlarında verilib.
Məlumatda bildirilir ki, 46 yaşlı mütəxəssisin istefaya göndərilməsi onun uğursuz nəticələri ilə bağlıdır.
Qrosso 2 aydır “Lion”u çalışdırırdı.
Onun dövründə keçirilən 7 oyunda 1 qələbə qazanılıb.