Lionel Messi ən sevdiyi qoldan danışdı

Lionel Messi ən sevdiyi qolunu açıqlayıb.

Sprotline.az xəbər verir ki, ABŞ mətbuatına danışan argentinalı futbolçu "Real"a vurduğu qolu heç vaxt unutmayacağını bildirib.

“Mən həmişə demişəm ki, ən vacib qollar Çempionlar Liqasının finalında, dünya çempionatının finalında vurulan qollardır. Amma "Santyaqo Bernabeu"da Çempionlar Liqası matçında "Real Madrid"ə vurduğum qolu həmişə xatırlayıram. Ən sevdiyim qoldur" - deyə Messi bildirib.

Qeyd edək ki, 2011-ci ildə Çempionlar Liqasının yarımfinalda "Barselona" səfərdə "Real Madrid"i 2 cavabsız qolla məğlub etmişdi. Lionel Mesi bu matçda dublla yadda qalmışdı.