Lionel Messi "İnter Mayami" haqqında gerçəkləri etiraf edib

Lionel Messi "İnter Mayami"yə transferindən öncə Səudiyyə Ərəbistanı liqasına getmək istədyini etiraf edib.

Sportline.az Sporx.com.tr-yə istinadla xəbər verir ki, argentinalı ulduz Amerika klubundan öncə ilk olaraq "Barselona"ya geri dönəmk istədiyini deyib. Amma, İspaniya klubunun səssiz qalması futbolçunun fikrindən daşınmasına səbəb olub. Lionel Messi açıqlamasında "Səudiyyə Ərəbistanı liqasından gələn təkliflər mənim üçün ideal olsa da ailəmi düşünməli idim. Orada oynamaq istəyərdim. Amma orada yaşamaq ailəm üçün uyğun deyildi. Bu səbəblərə görə "İnter Mayami"ni seçdim",-deyib.

Qeyd edək ki, Lionel Messi bu mövsüm "İnter Mayami" forması ilə çıxdığı 1 oyunda 11 qol 5 asistlə yadda qalıb.