Lionel Messi hərəkətləri ilə diqqət mərkəzinə düşüb
Argentinalı super ulduz yenə gündəmə gəlməyi bacarıb.
Sportline.az xəbər verir ki , “La Qalaksi” ilə oyunda son dəqiqələrdə komandasının bərabərlik qolunu vuran və rəqibin penalti zərbəsində də küncü təxmin edən super ulduz matçın taleyini müəyyənləşdirib.
Qarşılaşmanın 13-cü dəqiqəsində oyun qolsuz davam edərkən “La Qalaksi” komandası penalti hüququna yiyələnib. Mərkəz dairəsinin tam qarşısında dayanan Messi qapıçı Kalenderə əli ilə tullanmalı olduğu küncü göstərib.Messinin göstərdiyi tərəfə tullanan qapıçı penaltini dəf edərək komandasını xilas edib.
Qeyd edək ki, “La Qalaksi” “İnter Mayami” qarşılaşması 1-1 hesabl; bərabərliklə yekunlaşıb.