Lionel Messi: "Mənim üçün ilin son oyunu idi"
Lionel Messi Braziliya - Argentina matçında zədələnib.
Sportline.az xəbər verir ki, ESPN-ə danışan ulduz futbolçu dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Braziliyaya qalib gəldikləri oyunda aldığı zədədən danışıb.
“Mən adduktor əzələsində narahatlıq hiss etdim. Mənim üçün bu, ilin son oyunu idi. Sağalmaq üçün vaxtım var ki, gələn il tam hazırlıqlı başlaya bilim”, - deyə Messi bildirib.
Qeyd edək ki, 36 yaşlı futbolçu bu il Argentina millisində 8 oyunda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.