Lionel Messinin qazancı bəlli oldu

Argentinalı ulduzun "İnter Mayami"dəki qazancı məlum olub. 

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, Lionrl Messi Amerika kulubundan illik 50 milyon avro maaş alacaq. Komandaya yeni qatılan Luiz Suarezin argentinalıdan 250 qat az maaş alacağı bəlli olub.

Amerika Futbol Federasiyasının qaydalarına əsasən futbolçulara illik 200 min avrodan artıq maaş vermək qadağandır. Lionel Messi üçün bu qayda keçərli deyil. 

Qeyd edək ki, uruqvaylı futbolçu Luiz Suarez onun üçün önəmli məsələnin Lionel Messi ilə eyni komandada oyanamaq olduğunu deyib.