"Lion"un avtobusuna hücum edən azarkeşə 4 aylıq cəza

"Lion" klubun avtobusuna daşla hücum edən "Marsel" fanatına cəza verilib.

Sportline.az "L'Equipe"ə istinadla xəbər verir ki, təcavüzkar azarkeş 4 aylıq həbs edilib.

Nəzarət kameralarında əksini tapan görüntülərdə onun "Lion"un avtobusuna daş atdığı müəyyənləşib.

Qyed edək ki, oktyabrın 29-da “Marsel”lə oyuna yollanan "Lion"un avtobusuna hücum edilib. "Lion"un baş məşqçisi Fabio Qrosso yaralanıb və mütəxəssisin üzünə 13 tikiş atılıb.

Təxirə salınan matç dekabrın 6-da baş tutacaq.