"Liverpul" danimarkalı futbolçu ilə razılaşıb
"Liverpul" almaniyalı baş məşqçinin komandadan ayrılmasından öncə istəyini gerçəkləşdirib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, İngiltərə klubu Yürqen Kloppa ayrılıq hədiyyəsi olaraq danimarkalı futbolçunu transfer edib.
"Liverpul" danimarkalı cinah müdafiəçisi Patrik Doqru ilə şəxsi razılıq əldə etdiyini və İtaliya klubu ilə keçid barədə danışıqları yekunlaşdırdığını bildirib.
Qeyd edək ki, 19 yaşlı cinah müdafiəçisi hazlrda çıxış etdiyi "Lecce" klubunda 21 oyunda 1 qol, 1 asistlə yadda qalıb.