"Liverpul" forvardı üçün 70 milyon avro tələb edir

"Liverpul" uruqvaylı futbolçusu Darvin Nunyeslə bağlı qərar verib.

Sportline.az jurnalist Ben Yakopsun məlumatına istinadən xəbər verir ki, Nunyes üçün Mersisayd klubu 70 milyon avro tələb edir.

İtaliyanın "Napoli" klubu 26 yaşlı forvardın xidmətində maraqlıdır.

Qeyd edək ki, Nunyes "Liverpul"a 2022-ci ilin yayında "Benfika"dan 85 milyon avro qarşılığında transfer olunmuşdu.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 47 matçda 7 qol 7 məhsuldar ötürmə müəllifi olub.