"Liverpul" məğlub oldu
İngiltərə Premyer Liqasında 31-ci turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, "Liverpul" səfərdə "Fulhem"lə qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib.
"Fulhem" 3:2 "Liverpul"
Qollar: Aleksis Mak Allister, 14, Rayan Sesenyon, 23, Aleks İvobi, 32, Rodriqo Muniz, 37, Luiz Diaz, 72
Qeyd edək ki, "Fulhem" bu qələbə sayəsində 48 xalla 8-ci pilləyə yüksəlib. "Liverpul" 73 xalla çempionata başçılıq edir.