"Liverpul" səfərdə qalib gəldi
İngiltərə Premyer liqasında 16-cı turun növbəti oyunu keçirilib.
Sportline.az xəbər verir ki, "Liverpul" "Kristal Pelas" səfərində 2-1 hesablı qələbəyə sevinib.
Gərgin mübarizə ilə yadda qalan görüşdə sükutu 57-ci dəqiqədə Ceyn Matita pozub. (1-0) Mhammed Salah 76-cı dəqiqədə hesaba tarazlıq gətirib.(1-1) Görüşdə son nöqtəni əsas vaxta əlavə olunmuş 1-ci dəqiqədə Harvi Elliott qoyub. (2-1)
Qeyd edək ki, 16 turdan sonra aktivində 37 xalı olan "Liverpul" turnir cədvəlinin liderliyini ələ keçirib. "Kristal Pelas" 16 xalla 14-cü dür.